© APA | İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik
27 oktyabr 2026 14:00 (UTC +04:00)
"İCESCO-nun Azərbaycanla uzun illərə söykənən güclü əməkdaşlığı var".
Bunu APA-ya açıqlamasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.
O bildirib ki, İCESCO Qarabağda mədəni irsin qorunması ilə bağlı missiya həyata keçirib: “Təşkilat Qarabağda işğaldan azad edilmiş ərazilərə ilk missiyasını göndərib və hesabatını Azərbaycan hökumətinə təqdim edib. Hesabat hökumət tərəfindən yüksək qiymətləndirilib”.
Salem bin Məhəmməd Əl-Malik həmçinin qeyd edib ki, İCESCO Azərbaycanla süni intellekt sahəsində də əməkdaşlıq edir: "Təşkilat Elm və Təhsil Nazirliyi ilə birlikdə İslam dünyasının süni intellekt indeksini hazırlayıb. İndeks ölkələrin bu sahədə hazırlıq səviyyəsini əks etdirir".
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.